Menu

Beynəlxalq Bankda daha bir kadr dəyişikliyi

06.01.2016, 13:28
Beynəlxalq Bankda daha bir kadr dəyişikliyi

Beynəlxalq Bankda daha bir kadr dəyişikliyi olub.ANS PRESS-in məlumatına görə, bankın mühasibatlıq və büdcə departamentinə Anar Nağıyev direktor təyin olunub. Bu vaxta qədər isə o, elə həmin departamentdə direktorun müavini kimi çalışıb.

Mühasibatlıq və büdcə departamentinin bundan əvvəlki direktoru isə Rəşad Qasımov olub.

O, 2015-ci il dekabrın 24-dən

Bu günlərdə isə "Azərbaycan Beynəlxalq Bankı-Moskva" ASC-nin Müşahidə Şurasının yeni tərkibi açıqlanmışdı. Müşahidə şurasının sədri Murad Şirəliyev təyin olunmuşdu. Səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev hazırda ABB-nin İdarə Heyətinin sədr müavinidir.

“ABB-Moskva”nın Müşahidə Şurasının digər iki üzvü isə Fuad İslamov və Məzahir Dadaşov seçiliblər. Fuad İslamov hazırda ABB-nin baş direktoru, Məzahir Dadaşov isə bankın risklərin idarə edilməsi departamentinin direktorudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol