Mərkəzi Bank dünən banklararası valyuta bazarında heç bir əməliyyat keçirilmədiyindən USD/AZN məzənnəsinin bu gün də qüvvədə qalacağı açıqlanmışdı. Musavat.com-un məlumatına görə, baş bankın açıqladığı rəsmi məzənnə 1,5626 AZN olduğu halda, valyutadəyişmə məntəqələrində bu gün də (7 yanvar) dollar maksimum həddə baha satılır. Belə ki, hazırda paytaxt ərazisində əksər valyuta dəyişmə məntəqələrində dolların alışı 1.65 AZN satışı isə 1.72 AZN-dir. Valyutadəyişmə məntəqələrində çalışanlar bu artımı baş bankın bazara lazım olduğu qədər dollar verməməsi ilə əlaqələndirirlər. Onların sözlərinə görə, nəticədə dollara yaranan tələbat ödənmir ki, bu da qiymət artımına səbəb olur.
Xatırladaq ki, ötən gün valyuta dəyişmə məntəqələrində dolların alış qiyməti 1, 60 AZN, satış isə 1, 66 AZN təşkil edirdi.
Paralel olaraq avronun məzənnəsi də yüksəlib. İndi Avropa valyutasının alış qiyməti 1,72 manat, satış qiyməti 1,86 manat təşkil edir. Dünən isə avro 1,71 manata alınıb, 1,77 manata satılırdı.
Əvəzində valyutadəyişmə təntəqələrində rus rublu ucuzlaşıb. Hazırda 100 rubl 2 manat alınır, 2,2 manata satılır. Dünən isə 100 rubl 2,32 manata alınır, 2,45 manata satılırdı.


Şərhlər