Menu

Tovuzda iki hərbçimiz yanaraq öldü

26.02.2014, 13:41
Tovuzda iki hərbçimiz yanaraq öldü

Bu səhər saat 09:13 Tovuz rayonunda avtomobilin yanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. FHN xəbər verir ki, hadisə rayonun Aşağı Ayıblı kəndində baş verib. Baş verən avtomobil qəzasında yanaraq həlak olanlar hərbçilər olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəza zamanı “N” saylı hərbi hissənin baş leytenantı Nəzərov Elçin Tağı oğlu və əsgər Zeynalov Seymur Zakir oğlu yanaraq həlak olublar. Qəzaya səbəb baş leytenant Nəzərov Elçinin idarə etdiyi "Mercedes" markalı avtomobillə "Ford"la toqquşması olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol