Xocalı faciəsinin 22-ci ildönümünü Demokratik Qüvvələrin Milli Şurası izdihamlı yürüşlə yad edib. Yürüş saat 12 radələrində metronun Xətai stansiyası qarşısından başlayıb. İştirakçılar yol boyu "Xocalıya ədalət", "Qarabağ" və "Zəfər zəngi çalınsın, qisasımız alınsın" şüarları səsləndiriblər. Yürüş Xocalı qurbanlarını xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələrinin qoyulması ilə başa çatıb. Abidənin qarşısında Milli Şura liderləri Cəmil Həsənli ilə Əli Kərimli qısa çıxış ediblər.
Geri qayıdanda Milli Şura üzvlərinə qarşı təxribat baş verib. Polislər Milli Şuranın kolonuna hücum edib, AXCP sədri Əli Kərimliyə qarşı təxribata cəhd göstəriblər. Fəallar polislərin qanunsuz hərəkətinə imkan verməyib, qarşıdurma yaranıb. Fəallardan bir neçəsinə zor işlədilib, yüngül zədə alanlar var.
Qarşıdurma zamanı Milli Şura üzvlərindən AXCP-nin sədr müavini Əbülfəz Qurbanlı və Kamalə Bənənyarlı yüngül bədən xəsarətləri alıblar.


















Şərhlər