Menu

"Bu materiallara görə əlavə rüsum alınmır" - Gömrük Komitəsi

11.01.2016, 19:07
"Bu materiallara görə əlavə rüsum alınmır" - Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsi (DGK) Rusiya Federasiyasından idxal olunan meşə materiallarına görə əlavə rüsum almır.

Komitədən Trend-ə verilən məlumatda qeyd olunur ki, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş, "Gömrük tarifi haqqında" qanuna uyğun olaraq vergi və rüsumlara cəlb edilir.

Bildirilir ki, idxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol