Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub.

DGK-nin Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, komitənin Balakən Gömrük İdarəsinin rəisi işləmiş Baba Salayev Baş İdarənin rəhbəri təyin edilib.

Bundan əvvəl Baş İdarənin rəisi işləmiş general-mayor Güloğlan Muradlı isə rəis müavini təyin olunub.

Bundan başqa, indiyədək Yevlax Gömrük İdarəsinin Qəbələ Gömrük Postunun rəisi işləmiş Vüqar Qismətov Balakən Gömrük İdarəsinin rəisi olub. V. Qismətovun yerinə isə Sərxan Səfərli gətirilib.

Komitədən o da bildirilib ki, bu adi prosedur qaydadır: "Bu, Komitə daxilində adi yerdəyişmədir və mütəmadi olaraq baş verir".

***

Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişikliyi baş verib. AzVision.az-ın əldə etdiyi məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general –mayor Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb. O, rəhbəri olduğu idarənin rəis müavini vəzifəsinə təyin edilib.

G. Muradlınının yerinə Balakən Gömrük İdarəsinin rəisi, polkovnik Baba Salayev təyin edilib.

B. Salayev əvvəl Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini vəzifəsində işləyib.