Menu

Allahşükür Paşazadə: “Qoy, ermənilər Azərbaycana gəlsinlər”

19.09.2013, 11:46

 Allahshukur Pashazade 050612“Ermənilər torpaqlarımızı işğal etməsəydilər, bu gün Ermənistan da Azərbaycanla bərabər inkişaf edərdi”

“Bəziləri deyirlər ki, indiki şəraitdə erməniləri Azərbaycana buraxmaq olmaz, amma mən deyirəm ki, gəlsinlər”.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, ermənilərin Azərbaycana gəlməsinə etiraz etmək lazım deyil: “Qoy, gəlsinlər, inkişafı görsünlər, həqiqəti anlasınlar. Ötən dəfə Ermənistana konfransa getmişdim. Heç bir inkişaf yoxdur, köhnə binalar, sovet maşınları… Əgər onlar bizim torpaqları işğal etməsəydilər, bu əməlləri törətməsəydilər, bu gün Ermənistan da Azərbaycanla bərabər inkişaf edərdi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol