"Hazırda mən işdəyəm". Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Publika.Az-a açıqlamasında deyib. O, işdən çıxarılma xəbərini təkzib edib:

"Mən işdəyəm bala. Məni kim işdən çıxarıb? Xəbərim yoxdur. Hazırda işimin başındayam".

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Zaur Mir Tofiq oğlu Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqda sərəncam imzalyıb.

Tağı Əhmədov virtualaz.org saytına açıqlama verərkən isə artıq işdən çıxarılması haqda məlumatlı olub. O, bildirib ki, prezidentin qərarına hörmətlə yanaşıb.

“Bundan sonra harada işləyəcəksiniz” sualını cavablandıran T.Əhmədov belə deyib: “Cənab İlham Əliyev haranı məsləhət bilsə, orada da çalışacağam”.

T.Əhmədov əlavə suallara cavab vermək istəməyib: “İndi vaxtım yoxdur, işim başımdan aşır, telefonla danışmağa vaxtım yoxdur”...

Qeyd edək ki, virtualaz.org saytı bu gün Bakı Metropoliteninin rəisi təyin olunan Zair Mir Tofiq oğlu Hüseynov barədə əlavə məlumatlar əldə edib.

Z.Hüseynov bu vəzifəyə təyin olunana qədər “Bakıelektrikşəbəkə” ASC sədrinin müavini vəzifəsini tutub. O, 2007-ci ildən bu postda çalkışıb.

51 yaşlı Z.Hüseynov əvvəllər “Qaradağ-Sement” ASC-ni baş müsahibi olub. Oradan “Bakıelektrikşəbəkə” ASC-yə rəis müavini gəlib.Əslən bakılıdır.