Menu

Metronun yeni rəisi danışdı

27.02.2014, 15:30
Metronun yeni rəisi danışdı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov danışıb.

O, lent.az-a açıqlamasında bildirib ki, sərəncamla səhər saatlarında tanış olub: “Sərəncamdan səhər xəbər tutmuşam. Məni yeni vəzifəyə təyin etdiyinə görə dövlət başçısı İlham Əliyevə təşəkkürümü bildirirəm”.

“Metropolitendə hər hansı kadr dəyişikliyi olacaqmı” sualına Z. Hüseynov belə cavab verib: “Yaxşılığa doğru hər şey olacaq”.

Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və yeni quruma “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində I müavin işləmiş Z. Hüseynov təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol