AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənova Suraxanı rayon məhkəməsinin qərarı ilə 20 sutka həbs cəzası verilib. B.Həsənov polisə müqavimət göstərməkdə ittiham edilib. Partiyadan verilən məlumata görə, məhkəmədə polislə B.Həsənobun üzünə duraraq onun polisə müqavimət göstərdiyini iddia edi

-----------

AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənlini polis saxlayıb. Modern.az xəbər verir ki, bu barədə AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat verib.

N.Ədilov mühafizəçinin polis idarəsində olduğunu deyib: “Onu polis saxlayarkən bildirib ki, avtomobili ilə adam vurub, ona görə idarəyə aparılmalıdır. B.Həsənlini Suraxanı rayon Polis İdarəsinə gətiriblər. Burada ona bildirilib ki, “adam vurma” məsələsi yoxdur, onu “yuxarıların” tapşırığı ilə idarəyə gətiriblər. Bu məlumatları çatdırandan sonra Bəhruz Həsənli ilə telefon əlaqəsi kəsilib”.

--

Daxili İşlər Nazirliyi (DİN) AXCP sədrinin mühafizəçinin polisə aparılması faktına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Bəhruz Həsənli yol polisi ilə mübahisə etdiyinə və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığına görə Suraxanı Rayon Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Ədilov partiyanın sədri Əli Kərimlinin mühafizəçisi B. Həsənlinin Suraxanı Rayon Polis İdarəsinə aparıldığını bildirib.