Menu

"Putinin “qorxulu yuxusu” çin olur" - Saakaşvili

16.01.2016, 14:41
"Putinin “qorxulu yuxusu” çin olur" - Saakaşvili

"Mən Gürcüstan prezidenti olarkən Ukraynadan Çinə dəmir yolunun çəkilməsi ilə bağlı təşəbbüs irəli sürəndə dedilər ki, bu marşrutun perspektivi yoxdur. Amma bu gün Putinin“qorxulu yuxusu” reallaşır”.

Anspress-in məlumatına görə, bu sözləri Ukraynanın Odessa vilayətinin qubernatoruMixeil Saakaşvili deyib.

"Əvvələr hamı deyirdi ki, gələcəkdə də Avropa malları Asiyaya yalnız Rusiya vasitəsilə daşınacaq. Bu gün Rusiyadan yan keçən nəqliyyat dəhlizi fəaliyyətə başlayır. Biz Avropanın müvəffəqiyyətli ölkələrindən biri olacağıq”. -deyə Saakaşvili əlavə edib.

Ötən gün Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmiryolu marşrutu üzrə ilk sınaq reysi Odessa vilayətindəki İliçevski limanından həyata keçirilib.

İlk qatarın yola salınma mərasimində Ukraynanın infrastruktur naziri Andrey Pivovarskiy, iqtisadi inkişaf naziri Ayvaras Abromaviçus, baş nazirin müavini Gennadi Zubko, Odessa rayon administrasiyasının rəhbəri Mixail Saakaşvili kimi rəsmilər iştirak edib.

İliçevski limanından ilk konteyner qatarının yola salınma mərasimi

Rusiya isə yanvarın 4-də öz ərazisi vasitəsilə Ukrayna mallarının tranzitini tamamilə dayandırıb.

Bu səbəbdən Ukrayna yüklərin daşınması üçün “İpək yolu”nun Gürcüstan, Azərbaycan ,Qazaxıstan marşrutundan istifadə etmək məcburiyyətində qalıb.

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol