Menu

Türkiyədə məktəbi partlatdılar-FOTO

19.01.2016, 15:53
Türkiyədə məktəbi partlatdılar-FOTO

Bombanın partlaması nəticəsində məktəbin şüşələri qırılıb və ətrafdakı evlər zərər görüb. Faktla bağlı araşdırma başlanılıb. Hadisədə ölən və yaralıların olub-olmamsı barədə heç bir məlumat yoxdur.

Van, Türkiyə

Analoji hal ötən gün Türkiyənin Kilis şəhərində də qeydə alınıb. Verilən məlumatlara görə, şəhərin Eyüp Gökçe orta məktəbinə 3 mərmi topu düşüb. Partlayış nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər bədən xəsarətləri alıb.

Şəhər valisi Süleyman Tapsız da hadisə ilə yerində tanış olub. Kilis bələdiyyə başçısı Hasan Kara məktəblərdə təhsil alanların və müəllimlərin evakuasiya edildiyini deyib. Mərmilərin Suriya ərazisindən atıldığı ehtimal edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol