Türkiyə Prokurorluğu rüşvət qalmaqalı ilə bağlı saxlanılan iş adamı Rza Zərrab və sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin həbsxanadan azad edilməsi haqqında qərar qəbul edib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Musavat.com-un "Milliyet.com.tr" saytına istinadən verdiyi məlumata görə, təxliyə edilən 5 nəfər arasında sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan, Özgür Özdəmir və Hikmət Tuner də var.

Onların sərbəst buraılmasının səbəbi olaraq artıq barələrində lazımi dəlillərin toplandığı, sabit yaşayış yerlərinin olması, qaçmaq və ya dəlilləri yox etmək ehtimallarının olmaması göstərilib.

Bundan başqa, təxliyə edilən 5 nəfər hər gün yaşayış yerlərinə yaxın jandarma idarəsinə gedib imza atmalıdırlar. Onların ölkə xaricinə çıxışı da yasaqlanıb.

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ sərbəst buraxılan şəxslər barəsində deyib ki, bu, məhkəmənin qərarıdır: "Tutuqlama və təxliyə etmə məhkəmələrin ixtiyarında olan bir məsələdir. İstintaq davam etdiyi üçün bu mərhələdə bir şey deməyim düzgün olmaz".