Menu

Teleradio Şurasının qərarı ləğv olundu - "Hesabat" yayımlanacaq

23.01.2016, 12:51
Teleradio Şurasının qərarı ləğv olundu - "Hesabat" yayımlanacaq

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-də yayımlanan "Hesabat" verilişinin dayandırılması haqda qərarını ləğv edib və verilişin yayımını bərpa edib.

"Report" xəbər verir ki, bunu yanvarın 23-də keçirdiyi mətbuat konfransında MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, ANS-lə bağlı qərarın icrasını dayandırıblar və "Hesabat" verilişinin yayımını bərpa ediblər: "Kanal rəhbərliyinin səmimi etirafını nəzərə aldıq və "Hesabat" verilişinin yayımının bərpa olunması haqda qərar qəbul etdik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol