Menu

Tibb Universitetinin yataqxanasında yanğın – Foto/Video

01.03.2014, 11:18
Tibb Universitetinin yataqxanasında yanğın – Foto/Video

Azərbaycan Tibb Universitetinin 5 nömrəli yataqxanasında yanğın baş verib. “Axar.az” xəbər verir ki, yanğın nəticəsində üç nəfər zəhərlənib.

Yanğının yataqxananın dördüncü mərtəbəsində müşahidə olunduğu bildirilib. Yanğından baş verən yataqxanada Tibb Universitetində təhsil alan xarici vətəndaşlar yaşadığından xəsarət alanlar da xarici vətəndaşlardır. Onlardan birinin Türkiyə, digərinin isə İspaniya vətəndaşı olduğu təxmin edilir. Üçüncü şəxsin kimliyi isə hələ də bəlli deyil. Yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb.

Yanğının söndürülməsindən yarım saat sonra tibb işçiləri hadisə yerinə çatıblar. Hazırda zəhərlənən vətəndaşların 1 nömrəli şəhər xəstəxanasına yerləşdirildiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol