Menu

Neftin son qiyməti

25.01.2016, 09:27
Neftin son qiyməti

Neft qiymətləri, yeddi ildən artıq uzun bir müddətin ən güclü iki günlük yüksəlişini göstərməsinin ardından bu gün 32 dolların üzərində dalğalanır.

Ötən həftənin son iki iş günü ərzində ABŞ xam nefti 21% yüksələrək, 20 Yanavrda gördüyü 26,55 dollardan 32 dolların üzərinə çıxdı. Eyni günlərdə Brent nefti 19% bahalaşdı.

Analitiklər bildirirlər ki, neftin qalxmasına birjada spekulyator və treyderlərin alışı artırması təsir göstərir. Bir sıra ekspertlər isə bildirirlər ki, neft artıq daha da aşağı düşə bilməz, bundan sonra qiymətlər bir qədər yüksəlməlidir.

Bu gün səhər saatlarında Brent nefti 0,5% yüksələrək 32,35 dollardan, ABŞ xam nefti isə 0,2% qalxaraq 32,39 dollardan alıcı tapıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol