Menu

Bakıda daha bir neçə butik bağlanır

28.01.2016, 21:36
Bakıda daha bir neçə butik bağlanır

nbsp;

Ötən ilin yay aylarından başlayaraq Bakıda bağlanan brend mağazalar cərgəsinə daha bir neçəsi qatılıb.Virtualaz.org xəbər verir ki, şəhərin Səməd Vurğun və Rəşid Behbudov küçələrində daha bir neçə mağazanın üzərində “icarəyə verilir” elanı qeyd olunub.

Bundan başqa, “İnteqral” mağazasının şəhərin iki yerindəki filialı, “Romantik” geyim mağazasının Əhmədli filialı fəaliyyətini dayandırıb.

Qeyd edək ki, manatın ötən ilin fevral ayındakı devalvasiyasından sonra şəhərin Üzeyir Hacıbəyli, Rəsul Rza, Zərifə Əliyeva kimi mərkəzi küçələrində brend mağazalar, eləcə də şəhərətrafı ərazilərdə bir çox geyim mağazası bağlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol