Menu

İran Ermənistanla yeni beynəlxalq dəhliz yaradır

30.01.2016, 11:59
İran Ermənistanla yeni beynəlxalq dəhliz yaradır

Ermənistanın nəqliyyat naziri Qaqik Beqlaryan bir həftə öncə Tehrana səfəri zamanı keçirdiyi görüşlərin detallarının açıqlayıb.

APA-nın məlumatına görə, o, “Azadlıq radiosu”nun yerli bürosuna açıqlamasında İranla Ermənistan arasında yeni beynəlxalq dəhlizin yaradılması barədə razılığın əldə olunduğunu bildirib. İranın birinci vitse-prezidenti Əsgər Cahangiri və rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə danışıqlar apardığını deyən Q. Beqlaryanın sözlərinə görə, bu dəhliz Hindistanı İran, Ermənistan, Gürcüstan və Qara dəniz vasitəsi ilə Avropaya birləşdirəcək: “Bizim hesablamalarımıza görə, bu yol Azərbaycan və Türkiyədən keçən yola nisbətən daha ucuz olacaq. İrandan keçməklə Avropa və Rusiyaya daşınacaq bütün yüklər Erasxa magistral yolla, oradan Potiyə qatarla, oradan Avropaya isə bərə ilə çatdırılacaq”.

Nazir bu layihənin həyata keçməsi üçün bu il Şimal-Cənub avtomagistralının Sünik və Vayodzor hissəsinin tikintisinə başlanılacağını deyib: “Yolun bu hissəsləri isə Gürcüstanın Qara dəniz limanı ilə dəmiryol rabitəsi olan Erasx stansiyasına birləşəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol