Menu

6 OPEK üzvü fövqəladə toplantıya razıdır

04.02.2016, 10:56
6 OPEK üzvü fövqəladə toplantıya razıdır

Venesuelanın neft naziri Eulogio Del Pino, İran səfəri zamanı verdiyi açıqlamada, altı OPEC üzvü və iki OPEC-ə daxil olmayan istehsalçı ölkənin, çağrılması vəziyyətində fövqəladə toplantıya qatılmağa razı olduğunu deyib.

Del Pino, elektron poçtu vasitəsilə verdiyi açıqlamada, İraq, Əlcəzair, Nigeriya və Ekvadorun İran və Venesuela ilə birlikdə, fövqəladə toplantıya qatılacaqlarını və bu toplantıya Oman və Rusiyanın da iştirak edəcəyini deyib.

Del Pino açıqlamasında, "Fikir, yalnız toplantının keçirilməsi deyil, eyni zamanda qatılacaq ölkələrin razılığa gəlmək fikrində olmasıdır" deyib və "Mövcud qiymətlər balans (tələb/təklif) səviyyəsindən aşağıdır və bu vəziyyət spekulyatorları və bazarın qeyri-sabitliyini təşviq edir" şəklində bildirib.

Venesuelanın Dövlət Başçısı Nikolas Maduro, düşən neft qiymətlərinin ölkə iqtisadiyyatı üzərindəki təsirini azaltmaq üçün, Del Pinoyu neft istehsalçısı ölkələrə göndərib. Rusiya və İranın ardından, Delpino, Qətər və Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.  /"Marja

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol