İctimaiyyət xadimləri partiyanın qərargahdan çıxarılmasını bu cür dəyərləndirir
AXCP-nin Nərimanov rayonunda yerləşən qərargahında baş verən müəmmalı partlayışdan sonra partiya rəhbərliyi və bir çox ekspertlər bunun təşkilatı qərargahsız qoymaq üçün bir məqsədyönlü addım olduğunu bəyan etmişdi. Bu gün səhər tezdən AXCP-nin qərargahı ilə bağlı baş verənlər irəli sürülən ehtimalların reallıq olduğunu bir daha təsdiq etdi. Beləki bu gün səhər saatlarından FHN-nin və Nərimanov rayon polis idarəsinin əməkdaşları binanın qəzalı olmasını irəli sürərək AXCP-ni qərargahı dərhal boşaltmalı olduğunu bəyan ediblər.
Cəmil Həsənli: «Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır»
Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, partlayış baş verən gün Milli Şura hadisənin məqsədyönlü şəkildə törədildiyini bəyan etmişdi: «Biz bəyanatımızda qeyd etmişdik ki, AXCP-nin qərargahının zirzəmisindəki partlayışdan sonra növbəti addım partiyanı binadan çıxartmaq olacaq. Elə partlayış da məhz bu məqsədlə törədilib. Partlayış hakimiyyət orqanları tərəfindən məqsədyönlü şəkildə təşkil olunub. Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır. Təəssüf ki, bizim hakimiyyət orqanları bu cür addımlar atır. Halbuki hakimiyyət orqanlarının borcu bu cür olayların qarşısının alınması olmalıdır. AXCP-nin qərargahının yerləşdiyi binanın sahibinə qarşı bu günə qədər edilən təzyiqlər bir nəticə vermədiyi üçün partlayış törədildi ki, partiyanı bu binadan çıxarsınlar».
Mehman Əliyev: «Qərargahın məqsədli şəkildə partladılması AXCP-yə qarşı bir təzyiq formasıdır»

M.Əliyevin fikrincə, baş verənlər hakimiyyətin dünayda gedən demokratikləşmə proseslərindən ehtiyatlandığını göstərir: «Rusiyada hazırda iqtisadi durum çox pisləşib. MDB dövlətlərində də durum yaxşı deyil. Bu da heç şübhəsiz Azərbaycana da toxunur. Bildyiniz kimi bu il Azərbaycanda büdcə kəsirlə qəbul olunmuşdu. Başqa siyasi problemlər də mövcuddur. Ona görə istər regionda, istərsə də ölkəmizdə baş verən proseslər hakimiyyəti ciddi narahat edir və düşündürür».
Aslan İsmayılov: «Bu terror siyasətinin nəticələri ilk növbədə hakimiyyətin özü üçün pis ola bilər»


Şərhlər