"Dirəşsələr, məsələ gedib prezidentə çatacaq və müsbət həll olunacaq"
Moderator.az martın 3-də "Sovetski" əhalisi ilə hökumət rəsmiləri arasındakı nəticəsiz müzakirələrin adından vəziyyətlə bağlı Şeyx Əbdül Mahmudbəyovda hər hansı yeni məlumatın olub-olmamasıyla maraqlanıb.
Kinorejissor deyib ki, o xeyli vaxtdır ki, elə bu tip problemlər üzündən məhkəmələrdə sürünür:
"Bu məsələdə heç bir yenilik yoxdur. Yəqin məlumatınız var ki, mən neçə vaxtdı elə bunlarla məhkəmə çəkişməsindəyəm. Mən məhkəmə yoluyla birinci mərhələni həll edib udmuşam. İndi gözləyirəm, onlar Ali Məhkəməyə verməsələr, razılaşma olacaq. Mən hələ bu problemlə məşğulam.Mən "Sovetski" camaatının da təkliflərini, şərtlərini oxudum, bu şərtlər tam qəbulediləndir və qanunlara, konstitusiyamıza da uyğundur, hesab edirəm ki, icra olunmalıdır. Aşağılarda hələlik camaatın əsəbləriylə oynayırlar ki, bəlkə onlardan sınan, dönən, qaçan oldu. Amma mən inanıram ki, dirəşsələr, axırda məsələ gedib prezidentə çıxacaq və müsbət həll olunacaq. Amma satılmamalıdrılar, sonadək dirəşməlidirlər ki, məsələ gedib prezidentə çatsın."

Şərhlər