Menu

“Yeni SSRİ, ancaq Rusiya adını daşıyan..."

05.03.2014, 15:45
“Yeni SSRİ, ancaq Rusiya adını daşıyan..."

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko hesab edir ki, Rusiya prezidenti Vladimir Putin yeni SSRİ yaratmaq istəyir.

Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Ukraynanın üçüncü prezidentinin fikrincə, Putin iki şeydən - beynəlxalq ictimaiyyətin və öz xalqının reaksiyasından qorxur: “Biz də Putinə təzyiq yollarını tapmalıyıq”.

Onun sözlərinə görə, Putinin məqsədi yeni formada imperiya yaratmaqdır: “Yeni SSRİ, ancaq Rusiya adını daşıyan. Bu, olduqca fanatik bir plandır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol