Menu

NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

16.02.2016, 09:38
NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana gəlib.

"Report" xəbər verir ki, C.Appaturay bu gün Azərbaycan rəsmiləri ilə o cümlədən, Xarici İşlər Nazirliyində, Müdafiə Nazirliyində görüşlər keçirəcək.

Səfər zamanı Azərbaycan və NATO arasındakı əməkdaşlıq məsələləri, onun cari durumu və perspektivləri müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol