Menu

​Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaqdan imtina edib

19.02.2016, 08:57
​Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaqdan imtina edib

"Səudiyyə Ərəbistanı hakimiyyəti neft hasilatı həcmlərini azaltmağa hazır deyil".

"Report" xəbər verir ki, bunu Krallığın xarici işlər naziri Adil əl-Cubeyr deyib.

"Əgər digər istehsalçılar əlavə həcmlərlə bağlı (neft hasilatını) məhdudlaşdırmaq və ya dondurmaq istəyirlərsə, bu, bazara təsir edə bilər, lakin Səudiyyə Ərəbistanı buna hazır deyil", - o qeyd edib.

Əl-Cubeyrin sözlərinə görə, "Krallıq bazardakı payını qoruyub saxlayacaq və biz bunu bəyan etmişik". Nazir, həmçinin qeyd edib ki, neft məsələsini təkliflər, tələbat və bazar qüvvələri müəyyən edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol