Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda içərisində təhlükəsizlik qüvvələrinin olduğu binanın çökməsi nəticəsində 3 nəfər dağıntılar altında qalıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Xüsusi təyinatlı dəstənin 12 üzvünün olduğu bina məlum olmayan səbəbdən çöküb, onların 9-u dağıntı altından çıxarılsa da, üçünün xilas edilməsi üçün tədbirlər görülür.


Şərhlər