Azərbaycanda, hakimiyyət daxilində Fətullah Gülən tərəfdarları ilə bağlı araşdırmalar, açıqlamalar davam edir. Son günlər "Gülənçilərin" fəaliyyəti ilə bağlı üzə çıxan məxfi sənədlər bu təriqətin Azərbaycan hakimiyyəti daxilində güclü kök saldığından xəbər verir.
Ən maraqlısı isə, "Gülən camaatı"na məxsus təhsil müəsissələrinin ARDNŞ tərəfindən himayəyə götürülməsinin təsdiqlənməsidir.
Təhsil haqqının kifayət qədər yüksək olduğu, yəni özü-özünü maliyyələşdirən təhsil müəsissələrinə ARDNŞ-in hansı zərurətlə maliyyə yardımı ayırmağa başlaması isə hələ də müəmmalıdır.
Bu gün AzPolitika.info-nun elektron poçtuna daxil olan bir audioyazıda da ARDNŞ - "SOCAR"-ın "Gülən camaatı"nın təhsil müəsissələrini himayəyə götürməsindən bəhs olunur.
Audioyada orda Qafqaz Universitetinin dosenti, Texnoparkının müdiri İsa Qasımov danışır və o, ARDNŞ-in, şəxsən Rövnəq Abdullayevin himayəsindən, qayğısından bəhs edir.
Audioyazını təqdim edirik.

Şərhlər