Həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0076 manat (0,5 faiz) möhkəmlənib.
Trend-in məlumatına görə, müvafiq olaraq ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,56688 manat səviyyəsində müəyyən olunub.
| ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi: | |||
| 8 fevral | 1,5819 | 15 fevral | 1,5711 |
| 9 fevral | 1,5787 | 16 fevral | 1,5679 |
| 10 fevral | 1,5702 | 17 fevral | 1,5675 |
| 11 fevral | 1,5659 | 18 fevral | 1,5644 |
| 12 fevral | 1,5745 | 19 fevral | 1,5635 |
| Həftə ərzində orta məzənnə | 1,57424 | Həftə ərzində orta məzənnə | 1,56688 |
Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0236 manat (1,4 faiz) möhkəmlənib. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,74888 manat səviyyəsində müəyyən olunub.
| Avroya nisbətdə manatın rəsmi məzənnəsi: | |||
| 8 fevral | 1,7610 | 15 fevral | 1,7631 |
| 9 fevral | 1,7695 | 16 fevral | 1,7488 |
| 10 fevral | 1,7734 | 17 fevral | 1,7506 |
| 11 fevral | 1,7684 | 18 fevral | 1,7424 |
| 12 fevral | 1,7799 | 19 fevral | 1,7395 |
| Həftə ərzində orta məzənnə | 1,77024 | Həftə ərzində orta məzənnə | 1,74888 |
Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın Rusiya rubluna nisbətdə rəsmi məzənnəsi 0,0003 manat (1,5 faiz) ucuzlaşıb. Bununla da orta məzənnə bir rubla nisbətdə 0,02036 manat səviyyəsində müəyyən olunub.
| Rubla nisbətdə manatın rəsmi məzənnəsi | |||
| 8 fevral | 0,0205 | 15 fevral | 0,0201 |
| 9 fevral | 0,0201 | 16 fevral | 0,0204 |
| 10 fevral | 0,0198 | 17 fevral | 0,0201 |
| 11 fevral | 0,0198 | 18 fevral | 0,0208 |
| 12 fevral | 0,0201 | 19 fevral | 0,0204 |
| Həftə ərzində orta məzənnə | 0,02006 | Həftə ərzində orta məzənnə | 0,02036 |
Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın Türkiyə lirəsinə nisbətdə rəsmi məzənnəsi 0,0098 manat (1,9 faiz) möhkəmlənib. Bununla da orta məzənnə bir lirəyə nisbətdə 0,52976 manat səviyyəsində müəyyən olunub.
| Lirəyə nisbətdə manatın rəsmi məzənnəsi | |||
| 8 fevral | 0,5423 | 15 fevral | 0,5359 |
| 9 fevral | 0,5344 | 16 fevral | 0,5318 |
| 10 fevral | 0,5342 | 17 fevral | 0,526 |
| 11 fevral | 0,5355 | 18 fevral | 0,529 |
| 12 fevral | 0,5365 | 19 fevral | 0,5261 |
| Həftə ərzində orta məzənnə | 0,53658 | Həftə ərzində orta məzənnə | 0,52976 |
Ötən həftə 1 unsiya qızılın dəyəri 55,7798 manat (təqribən 3 faiz) yüksəlib. Müvafiq olaraq, qızılın orta qiyməti 1904,58294 manat təşkil edib.
| 1 unsiya qızılın qiymətinin dəyişməsi: | |||
| 8 fevral | 1819,7387 | 15 fevral | 1947,7712 |
| 9 fevral | 1883,7838 | 16 fevral | 1889,3368 |
| 10 fevral | 1870,1082 | 17 fevral | 1895,8913 |
| 11 fevral | 1863,4210 | 18 fevral | 1892,924 |
| 12 fevral | 1953,9545 | 19 fevral | 1891,9914 |
| Həftə ərzində orta qiymət | 1878,20124 | Həftə ərzində orta qiymət | 1904,58294 |
Ötən ilin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.


Şərhlər