Menu

Böyük Britaniya referenduma gedəcək

20.02.2016, 23:13
Böyük Britaniya referenduma gedəcək

Böyük Britaniyanın Avropa İttifaqında üzv olaraq qalmasına dair referendum iyunun 23-də keçiriləcək.

Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbərə verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.

Qeyd edək ki, referendumun tarixinə dair qərar bu gün, Britaniyanın Nazirlər Kabinetində ölkənin Aİ-də yeni statusu ilə bağlı keçirilən müzakirələr zamanı qəbul edilib.

Devid Kemeron referendumla bağlı qərarın bazar ertəsi, fevralın 22-də parlamentə təqdim edəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol