Suriyadakı humanitar fəlakət yüz minlərlə insanın həlak olması və 11 milyon qaçqının əmələ gəlməsi ilə nəticələnib. Əgər Münxendə əldə olunmuş razılaşma həqiqətən də zorakılığa son qoyaraq, humanitar dəhliz açacaqsa, onda bu razılaşmanı mühüm bir hadisə saymaq olar. Amma nikbinlik üçün əsas tapmaq çox çətindir.
Burada söhbət təkcə prezident Bəşər Əsədin praktik olaraq, özünün bütün rəqiblərini terrorçu elan edərək, onlara qarşı apardığı müharibəni davam etdirəcəyinə söz verməsindən getmir. Əsədin nə danışmasının heç bir önəmi yoxdur. Çünki Bəşər Əsədin ordusu Rusiyasız və İran tərəfindən müdafiə edilən hərbləşdirilmiş şiə birləşmələri olmadan, heç bir şey bacara bilməz. Hətta iranpərəst güclər də, böyük hesabla Rusiya aviasiyasından asılıdırlar.
Rusiyanın mövqeyi böyük əhəmiyyət kəsb edir. Artq Rusiya növbəti dəfə daha geniş prinsiplər əsasında Suriya münaqişəsinin “yumşaldılmasına” razılaşsa da, sonradan həmin prinsipləri pozdu. 2012-ci ildən Rusiya, Suriyada keçid hökumətinin formalaşmasını dəstəkləyib, lakin buna baxmayaraq, Əsədi müdafiə etməkdən də qətiyyən əl çəkməyib.
Keçən ilin noyabrında Vyanada 18 ay ərzində keçid hökumətinin yaradılması və atəşkəs barəsində razılaşmaya gəlinimişdi. Həmin məsələ BMT-nin Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsinə daxil edilmişdi. Bəs, ruslar nə etdilər? Onlar sülh yaradılmasına yardım göstərdilər? Bəlkə gəlib bizə söylədilər ki, əgər Səudiyyə Ərəbistanı, Türkiyə və Qatara istinad edərək, suriyalı müxalifəti döyüşləri dayandırmağa məcbur etsəniz, onda biz də Əsədi şəhərlərə bomba atmağa və müharibə vasitəsi kimi insanların acından qırılmasına son qoymağa məcbur edərik?
Xeyr, belə olmayıb. Ruslar, daha intensiv bombalamaya başlamaqla, İranın göndərdiyi qüvvələri və Əsəd ordusunu Dərra şəhərində, Latakiya dağlarında və Hələbin şimalındakı əməliyyatlarda dəstəkləyib.
Əgər ruslar ciddi şəkildə Münxen razılaşmasının həyata keçməsini istəyirlərsə, onda axı nəyə görə onlar nə “İŞİD”, nə də “Ən Nusra” ilə ilə heç bir əlaqəsi olmayan hədəfləri vuraraq, Hələbi mühasirəyə almaq fikrindədirlər?
Bəllidir ki, bu hərəkətlər təkcə güvvələr nisbətində dəyişiklik üçün deyil, həmçinin bu vilayətlərin boşaldılmasına yönəlib. Beləliklə də onlar Suriyanın gələcək seçimini dəyişmək istəyirlər. Heç təəccüblü deyil ki, Vladimir Putin, Bəşər Əsəd və İŞİD, rejimlə İşlam dövləti arasında seçim etmək niyyətindədir.
Cənab Putin üçün belə variant təminat verir ki, rusların qalib çıxmalarına heç kimin şübhəsi olmasın və ortalıqda təkcə İŞİD qaldığına görə, bütün dünya Əsədi müdafiə etsin. Bu cür qütbləşmə isə İŞİD üçün sünnülərin müdafiəçisi imici yaradır və həm də ki, digər ölkələrdən terrorçuların yanına daha çox müsəlmanı cəlb edə bilər.
Ümid edək ki, Putinin məqsədi məsələsində yanılırıq. Lakin hər dəfə ABŞ ruslarla danışıq aparan zaman, bomba yağdırılması daha da şiddətlənir. Prezident Barak Obama bu yaxınlarda Putinlə danışanda, Rusiya prezidenti bombardmanların sayının azalmayacağını söyləyib. Keçən həftənin sonunda Rusiya aviasiyası ”Sərhədsiz həkimlər” təşkilatının minimum bir qospitalını bombalyıb. ABŞ-ın ruslarla danışıqları kəsməsi təklif olunmur. Amma təkcə sözlərlə Putinə təsir göstərmək yetərli deyil. Təzyiq gərəkdir. Əgər ABŞ ruslara, müxalifətin aktiv şəkildə silahla təchiz olunmasından başqa, Vaşinqtonun digər yolunun qalmadığı xəbərdarlığını etməsə, onda hər şey öz yerində qalacaq. Aydındır ki, yalnız dəlilər fərqli nəticə qazanmaq ümidi ilə eyni şeyi hər dəfə təkrarlayırlar.
(The Wall Street Journal)

Şərhlər