Menu

«Sberbank»ın Lvov şöbəsində yanğın baş verib

22.02.2016, 13:12
«Sberbank»ın Lvov şöbəsində yanğın baş verib

Xarici KİV-in yaydığı məlumata görə, ötən gecə «Sberbank»ın Lvov şəhərindəki şöbələrindən birində yanğın baş verib, digər şöbəsini isə yandırmağa cəhd qeydə alınıb. Məlumatı yerli ZİK telekanalı yayıb (TASS).

Məlumatda deyilir: «Rusiya «Sberbank»ının Lvovdakı şöbələrindən birində güclü yanğın baş verib. Yanğın Stırski bazarı yaxınlığında - Franko küçəsində yerləşən ofisi çulğayıb. Elə həmin gecə bankın Çernovola-26 ünvanında yerləşən digər bir şöbəsini isə yandırmağa cəhd olub. Burada naməlum şəxslər ofisin pəncərəsinə yanar maye dolu banka atıblar. Hadisə yerinə yanğınsöndürən maşın gəlib. Nəticədə yalnız ofisin pəncərəsi zədələnib...»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol