Milli Məclis "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifi qəbul edə bilər.
«Marja” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə Milli Məclisin qərarında deyilir.
Qərarda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-ci il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"Azərbaycan Respublikasının Qanununu imzalamadan 2016-cı il fevralın 3-də Milli Məclisə geri qaytarmışdır.
Milli Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin qaytardığı "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyinə göndərmişdir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2016-cı il fevralın 9-da keçirdiyi iclasda bu məsələyə baxaraq, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinintəklifinin qəbul edilməsini Milli Məclisə təklif etmişdir.
Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :
"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifi qəbul edilsin.
Xatırladaq ki, qeyd edilən dəyişiklik Azərbaycandan xaricə çıxarılan 50 min manatdan artıq xarici valyutaya 20% icbari yığımın tətbiq edilməsini nəzərdə tuturdu


Şərhlər