Dünya KİV-nin yaydığı məlumata görə, bu ilin əvvəlindən Aralıq dənizi üzərindən Avropaya 110 min 54 miqrant və qaçqın gəlib, bu zaman 413 nəfər həlak olub və ya itkin düşüb. Məlumatı Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) yayıb (TASS).
Digər bir məlumata görə, həmin dövrdə Yunanıstan-Makedoniya sərhədini 26076 qaçqın keçib.
Təşkilatın Cenevrədə nəşr olunmuş informasiya bülletenində qeyd olunur ki, yanvarın 1-dən fevralın 23-dək (2016) Yunanıstana 102547 nəfər, İtaliyaya isə 7507 nəfər miqrant və qaçqın gəlib. Dəniz yolu ilə Yunanıstana keçmək cəhdi göstərərkən, 321 nəfər, İtaliyaya yollanarkən 92 nəfər itkin düşüb.
«Ötən istirahət günləri İtaliya və Yunanıstana gələn iqrant və qaçqınların sayı 100 min nəfəri ötüb» - deyə, BMT-nın rəsmi nümayəndəsi İtayn Viriri jurnalistlərə bildirib. O, qeyd edib ki, 2015-ci ildə Köhnə Dünyaya gələn miqrant və qaçqıqların sa yı iyulda 100 min nəfər, yanvar-fevral aylarında isə 11834 nəfər təşkil edib. Bu zaman onların böyük hissəsi (7882 nəfəri) İtaliya sahillərinə çıxıb.
«BMT-nın qiymətləndirməsinə görə, fevralda Yunanıstan adalarına 35132 nəfər miqrant gəlib. Yunanıstan hökumətinin məlumatına görə, onların 48,0 faizi suriyalı, 25,0 faizi əfqanıstanlı, 17,0 faizi iraqlı, 3,0 faizi iranlı, 2,0 faizi pakistanlı, qalan 5,0 faizi isə marokkolu, banqladeşli, somalili və digər ölkələrdən gələnlərdir»
AzPolitika.info


Şərhlər