Menu

Mogerini və Şevçoviç Azərbaycana gəlir

24.02.2016, 13:26
Mogerini və Şevçoviç Azərbaycana gəlir

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Bakıya gəlir.

Aİ-dəki mənbənin APA-ya verdiyi məlumata görə, o, fevralın 29-da Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2-ci Nazirlər toplantısına qatılacaq. Səfər çərçivəsində F. Mogerininin rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulur.

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç də Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2-ci Nazirlər toplantısında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol