Menu

“Sovetski” sakinləri sabah etiraz aksiyası keçirəcək

08.03.2014, 11:20
“Sovetski” sakinləri sabah etiraz aksiyası keçirəcək

Evlərinin sökülməsi müqabilində hökumətin təklif etdiyi hər kvadrat metrə 1500 manatlıq kompensasiyanın azlığından narazı olan “Sovetski” sakinləri martın 9-da yenidən etiraz aksiyası keçirəcəklər.

Bu barədə “Azadlıq”a məlumat verən sakinlər bildirib ki, onların martın 8-nə təyin etdiyi aksiya təxirə salınıb, daha doğrusu, bir gün ertələnib.

Mülkləri söküləcək vətəndaşlar bir daha bəyan edib ki, mülkiyyət hüquqlarının müdafiəsi uğrunda sonadək mübarizə aparacaqlar: “Bizə ya bazar qiymətlərinə uyğun kompensasiya verilsin, ya da mənzillərimizin sahəsinə uyğun evlə təmin etsinlər. Başqa cür mümkün deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol