Hakimiyyətdəki “nurçu”ların “cari xərclərinə” 2013-cü ildə 3.5 milyon dollar sərf olunub!
Azərbaycanda “Gülən camaatı”nın fəaliyyətinə dair gizli sənədlərin ardı-arası kəsilmir. AzPolitika.info-nun elektron poçtuna dünən daxil olan sənəd XƏZƏR TV-nin direktoru Huseyin Dinlemezin Türkiydə Fətullah Gülənin önəmli adamı Faruk Mərcana yazdığı “gizli rapor” kimi təqdim olunurdu.
Müəllifi Huseyin Dinlemez olduğu bildirilən məktubda Gülən tərəfdarlarının Azerbaycanda hansi televiziyalarda yerləşməsindən bəhs olunur, bu sahədəki vəziyyətlə bağlı detallı məlumat verilir.
Bu gün isə elektron poçtumuza daxil olan yeni sənəd “Azərbaycandakı nurçuların Fətullah Gülənə yazdıqları 2013-cü ilə dair maliyyə raporu” adlandırılır. Müəllifi Mustafa T. Kimi göstərilən sənəddə hərəkatın gəlirləri və xərcləri öz əksini tapıb.
Orda yazılanların həqiqiliyinə inansaq, 2013-cü ildə “Gülən camaatı” Azərbaycanda nə az, nə çox – 53 milyon dollar qazanıb. Xərcləri isə təxminən 15 milyon dollar təşkil edib. Bunun da 3.5 milyon dolları dövlət qurumlarında çalışan hərəkat üzvlərinin “cari xərcləri”nə sərf olunub.
AzPolitika.info bu sənədlərin həqiqi olub-olmadığını yoxlamaq və bu barədə iddia irəli sürmək iqtidarında deyil. Lakin bəzi əlamətlərə görə bu sənədləri ciddiyə almamaq mümkün deyil. Bunları nəzərə alaraq, elektron poçtumuza daxil olan sənədlərin fotosürətlərini yaymaq haqda qərar vermişik. Lakin bir daha qeyd edirik ki, bunların həqiqiliyini yaxlamaq imkanı ancaq Azərbaycan dövlətinin müvafiq qurumlarının işidir və iddiaların ciddiliyini nəzərə alsaq, belə bir yoxlamanın, araşdırmanın olduğu qənaətinə gələ bilərik...
Sənədin fotosürətini təqdim edirik:


Şərhlər