Menu

"Antirusiya sanksiyaları mənasızdır və Avropa İttifaqına zərər vurur!" - Baş nazir

27.02.2016, 23:22
"Antirusiya sanksiyaları mənasızdır və Avropa İttifaqına zərər vurur!" - Baş nazir

«AzPolitika.info»nun Rusiya KİV-nə istinadla verdiyi məlumata görə, Slovakiyanın Baş naziri Robert Fitso «Teraz» saytına verdiyi müsahibədə (Bratislava) deyib ki, antirusiya sanksiyaları mümkün qədər tez bir zamanda ləğv olunmalıdır, çünki onlar mənasızdır və həm Avropa İttifaqına, həm də Rusiyaya ziyan vurur:

«Sanksiyalar mənasızdır. Onlar Avropa İttifaqına və Rusiyaya zərər vurur. Bunda hansısa üçüncü tərəf udur. Bu, mənasız oyundur və nə qədər tez qurtarsa, o qədər yaxşıdır» (TASS).

Bu zaman Baş nazir Minsk razılaşmasının həyata keçirilməsinə «ədalətli nəzarət»in tərəfdarı olduğunu önə çəkib: «Mən Ukraynanı ağ-qara tonda görmürəm - yaxşı ukraynalılar və pis rusiyalılar. Qərb, bütün siyasi və iqtisadi məsuliyyəti Ukraynanın üzərindən götürüb. Amma bu, o demək deyil ki, biz Ukraynanın buraxdığı səhvləri görməyəcəyik. Mən, Minsk razılaşmasının yerinə yetirilməsi üzərində ədalətli nəzarətin tərəfdarıyam. O zaman görəcəyik ki, kim nə ilə məşğuldur...».

Bununla bərabər, Fitso beynəlxalq mübahisə və problemlərin həlli məsələsində Rusyanın öncül rolunu da qeyd edib: «Bu gün Rusiyasız bir çox qlobal problemlərin həlli mümkün deyil. Ona görə də mən sanksiyaların ləğvinin və əməkdaşlığın tərəfdarıyam».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol