«Ukrayna Krım üzərindəki suverenliyindən imtina etməyəcək və yarımada ətrafında yaranmış böhranın sülh yolu ilə aradan qaldırılması üçün bütün imkanlardan istifadə olunacaq».
Bunu martın 8-də Ukrayna xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andriy Deshchytsya bəyan edib.
Bu bəyanatla eyni vaxtda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevdəki indiki hakimiyyətin radikallardan asılı olduğunu deyib. O bildirib ki, Qərb ölkələri Ukraynadakı vəziyyətdən xəbərdardırlar, sadəcə, öz siyasi maraqlarına görə faktları gizlədirlər. (azadliq.org)


Şərhlər