Menu

SOCAR Gürcüstanda satdığı qazın qiymətini aşağı salır

04.03.2016, 15:05
SOCAR Gürcüstanda satdığı qazın qiymətini aşağı salır

Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr qaz alacaq.

APA-nın Gürcüstan müxbirini verdiyi xəbər görə, bu, SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair Memorandumda öz əksini tapıb. Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirini müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.

Daha bir sənəd Gürcüstanın Neft-qaz Korporasiyasının direktoru David Tvalebeişvili və "SOCAR Gas Export-İmport" şirkətinin rəhbəri Zaur Quliyev arasında imzalanıb.

Sənədə əsasən Gürcüstanda istehlakçılara təklif olunan sosial qazın qiyməti aşağı salınacaq. Bu, əhaliyə məzənnə dəyişikliyindən çəkdiyi zərərin bir qismini kompensasiya etməyə imkan verəcək.

Bundan başqa, SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı hər 1000 kubmetr kommersiya qazının qiymətini 35-40 dollaradək aşağı salır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol