Menu

Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi

04.03.2016, 16:31
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi

Ali Məhkəmənin hakimi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilib

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında Ali Məhkəmənin hakimi İslam Əliyevin vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsinə baxılıb.

APA-nın məlumatına görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynliməlumat verərək bildirib ki, İ. Əliyev peşə fəaliyyətində nümunəvi kadrdır.

İ. Əliyevin vəzifəsindən azad olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilməsi təklif olunub.

Məsələ səsə qoyularaq qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol