Menu

Bakıda daha bir avtobus qəzası: 21 yaralı var - YENİLƏNİB+ADLAR

04.03.2016, 20:38
Bakıda daha bir avtobus qəzası: 21 yaralı var - YENİLƏNİB+ADLAR

Bu gün aeroport yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində xəsarət alan şəxslərin adları müəyyənləşib. Bu barədə "Report"a Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Məlumata görə, xəstəxanaya gətirilən 21 yaralıdan 13 nəfəri evə buraxılıb. Ancaq 8 nəfərin - Məmməd Abbasov, Faiq Cabbarov, Şərəf Həsənov, Sergey Məcidov, Məlikməmməd Şükürov, Həsrət Hüseynov, Samirə Əliyeva, Zərintac Sadıqova xəstəxana şəraitində müalicəsi davam etdirilir. Xəsarət alanlardan biri reanimasiyadadır, ancaq bununla belə, onun və digərlərinin vəziyyəti stabildir.

* * *

Aeroport yolunda 160 saylı marşrut avtobusla "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

***

Aeroport yolunda 160 saylı marşrut avtobusla "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində azı 16 nəfər xəsarət alıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, hadisə yerinə 5 həkim briqadası gedib: "16 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Onlardan üçünün vəziyyəti orta-ağırdır".

* * *

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Aeroport yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşın toqquşub.

Nəticədə bir neçə nəfər xəsarət alıb.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, ilkin məlumata əsasən, 11 nəfər xəsarət alıb, ölən yoxdur. 6 nəfərə yerində yardım göstərilib. 5 nəfər isə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanaya aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol