Menu

Gömrük rəsmiləşdirilməsi üçün sənədlərin sayı azaldılır

04.03.2016, 20:19
Gömrük rəsmiləşdirilməsi üçün sənədlərin sayı azaldılır

Azərbaycanda gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayı minimuma endiriləcək. Fins.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda deyilir. Dövlət başçısının tapşırığına əsasən, Dövlət Gömrük Komitəsi Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla, iki ay müddətində müvafiq təklifləri hazırlayıb prezidentə təqdim etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol