Menu

Məşhur futbol klubunun keçmiş prezidenti hücuma məruz qaldı

05.03.2016, 01:27
Məşhur futbol klubunun keçmiş prezidenti hücuma məruz qaldı

"Liverpool"un keçmiş sahibi və fəxri prezidenti Devid Mures naməlum şəxslərin hücumuna məruz qalıb.

Goal.az xəbər verir ki, gecə saatlarında onun evinə girən iki oğru müqavimət göstərən Muresin başına və ayaqlarına zərbələr endirib. Bundan sonra evdə olan qiymətli əşyaları götürən oğrular qaçmağa müvəffəq olub. Lankaşir əyalətinin polisi Mark Nesser bu hadisə ilə bağlı cinayət işinin açıldığını və araşdırmanın aparıldığını bildirib.

Mures 1991-2007-ci illərdə "Liverpool"un prezidenti olub. 2007-ci ildə o, klubun səhmlərini Tom Hiks və Corc Cilletə satmışdı. Bundan sonra 69 yaşlı funksioner klubun fəxri prezidenti olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol