Menu

Polşa prezidentinin avtomobili qəzaya uğrayıb

05.03.2016, 10:54
Polşa prezidentinin avtomobili qəzaya uğrayıb

Polşa prezidenti Anjey Dudanın avtomobili qəzaya uğrayıb. O, Karpaçdan Levin-Bjeskiyə gedən zaman avtomobilində nasazlıq yaranıb. APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, prezidentin içərisində olduğu limuzininin arxa təkəri partlayıb. Sürücü digər avtomobillərlə toqquşmaqdan yayına bilsə də, maşının yolun kənarındakı si arxına düşməsinin qarşısını ala bilməyib. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.

Polşanın "RMF FM" radiosu bildirir ki, limuzin çox yüksək sürətlə hərəkət edib.

Prezident özü TVN telekanalına açıqlamasında ciddi yol-nəqliyyat hadisəsininbaş vermədiyini deyib. A. Duda kortejdəki digər avtomobillərdən birinə keçərək, yoluna davam edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol