Menu

Putin hərbi xərcləri azaldır

06.03.2016, 01:13
Putin hərbi xərcləri azaldır

2016-cı ildə Rusiyada hərbi xərclər 5 faiz azaldılacaq.Virtualaz.org bildirir ki, bunu “Rusiya xəbər xidmətinə” müdafiə nazirinin müavini Tatyana Şevtsova deyib.

Onun sözlərinə görə, prezident Vladimir Putin tərəfindən hərbi büdcənin azaldılması haqqında qərar qəbul olunub.

“Həmçinin qərar qəbul olunub ki, Müdafiə Nazirliyinin büdcəsi on deyil, beş faiz azaldılacaq”- deyə T.Şevtsova bildirib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin hərbi xərclərinin 2016-cı ildə on deyil, beş faiz azaldılacağı barədə xəbəri fevralda "Vedomosti" qəzeti yaymışdı.Yeri gəlmişkən, açıqlanan rəqəmlərə görə, azaldılan hərbi xərclərin məbləği 160 milyard rubl təşkil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol