Menu

Bağdadda terror hücumu: 60 ölü

06.03.2016, 17:13
Bağdadda terror hücumu: 60 ölü

İraqın paytaxtı Bağdadda böyük partlayış meydana gəlib.Musavat.com xəbər verir ki, bu barədə məlumat Reuters agentliyində yer alıb.

Məlumata görə, partlayış Bağdadın cənubunda yerləşən Hilla bölgəsində törədilib. Nəticədə 60 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.

Əldə olunan son məlumatlara görə, terror hücumunu İŞİD qruplaşması öz üzərinə götürüb.

Xəbər verilir ki, terrorçuların hədəfi polis bölməsi olub.

Qeyd edək ki, hücum bomba yüklü kamazın parladılması nəticəsində baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol