Menu

"Putin Merkeli devirmək istəyir" - NATO

06.03.2016, 19:52
"Putin Merkeli devirmək istəyir" - NATO

NATO Strateji Əlaqələr Mərkəzi direktoru Canis Sarts Rusiya prezidenti Vladimir Putinin Almaniyada qaçqın böhranı səbəbi ilə ölkənin kansleri Anqela Merkeli devirmək istədiyini iddia edib.

Musavat.com xəbər verir ki, Sarts Putinin bu addımı Merkelin Qərbin Rusiyaya qarşı sanksiyalarına dəstək verməsi ilə əlaqədar atdığını bildirib.

Məlumata görə, Sarts sözlərinə belə davam edib: “Anqela Merkel Rusiyaya qarşı sanksiyaları hər zaman dəstəkləyib və buna görə də Putin Almaniyada siyasi dəyişiklik yaradıb yarada bilməyəcəyini yoxlayır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol