Menu

Ərdoğanı ağladan məktub... - VİDEO

07.03.2016, 22:15
Ərdoğanı ağladan məktub... - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı 5-ci Beynəlxalq Qadın Əməyi İclasında kövrəlib.Musavat.com xəbər verir ki, xəstəxanada çalışan Xədicə Güngör adlı qadın tədbirdə iş paltarı ilə çıxışı zamanı Ərdoğanı duyğulandırıb.

Məlumata görə, tədbirdən əldə olunan videogörüntülərdə prezidentin gözyaşlarını sildiyi nəzərə çarpır.

Xədicə adlı qadın iki il əvvəl səhhətində problem yaşayan Ərdoğana məktub yazdığını bildirib.

O, həmin məktubda yazdığı duaları Ərdoğanın üzünə qarşı oxuya bildiyi üçün sevincli olduğunu və arzusunun reallaşdığını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol