Menu

Əbu Omar aş-Şişani öldürülüb - Pentaqon təqdiqlədi

09.03.2016, 10:07
Əbu Omar aş-Şişani öldürülüb - Pentaqon təqdiqlədi

ABŞ qüvvələri İŞİD-in liderlərindən olan Əbu Omar aş-Şişanini zərərsizləşdirib.

APA-nın “vesti.ru”ya istinadən verdiyi məlumata görə, faktı Pentaqon da təsdiqləyib.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pter Kuk bildirib ki, əsl adı Tarxan Batiraşvili olan gürcü əsilli terrorçu 4 mart tarixində Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edilib.

Piter Kuk əlavə edib ki, əş-Şişaninin ölümü İŞİD-in Qafqaz regionundakı tərəfdarlarının vəziyyətini çətinləşdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol