Menu

Bakıda yağış, rayonlarda qar gözlənilir – Hava proqnozu

10.03.2016, 13:11

havaEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 11-nə olan hava proqnozunu açıqlayıb.

Bakıda və Abşeron yarımadasında

Gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam isə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Arabir yağış yağacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol