Menu

Avropa Mərkəzi Bankı faizləri aşağı saldı

10.03.2016, 17:21
Avropa Mərkəzi Bankı faizləri aşağı saldı

Avropa Mərkəzi Bankı (AMB) siyasət faizini (yenidən maliyyələşdirmə) 0,5%-dən 0%-ə saldı.

"Marja" xəbər veri ki, AMB depozit faizini -0,30%-dən -0,40%-ə endirib. Gözlənti -0,40%-ə düşməsi istiqamətində idi.

Bank aylıq aktiv alışı məbləğini də 60 milyard avrodan 80 milyard avroya qaldırıb.

Bankın 1.5 trilyon avroluq aktiv alışı proqramında da dəyişiklik edəcəyi gözlənilirdi.

İndi gözlər AMB Sədri Mario Draghi-nin keçirəcəyi mətbuat konfransına çevrilib.

Qərarın açıqlanmasının ardınca Avro/dollar məzənnəsi 1.5% düşərək 1,0863-ə geriləyib (Avro ucuzlaşıb, dollar bahalaşıb).

Xatırladaq ki, AMB 2014-ci ilin Sentyabr ayındakı toplantısında iqtisadiyyatı canlandırmaq üçün radikal qərarlar vermiş, 0,15 faiz olan faiz dərəcəsini 0,05%-ə, depozit faizini mənfi 0,10%-dən mənfi 0,20%-ə salmışdı.

Bank daha sonra 2015-ci ilin Dekabr ayındakı iclasında isə depozit faizini mənfi 0,20%-dən mənfi 0,30%-ə endirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol